Avto
Hansı ölkədə hansı avtomobili sevirlər? - TƏDQİQAT
Təbii ki, müxtəlif ölkələrdə fərqli avtomobil modelləri məşhurdur.
Publika.az bildirir ki, Britaniyanın “Park Indigo” şirkətinin ekspertləri tədqiqat keçirərək, dünyanın müxtəlif ölkələrinin avtomobil bazarlarında ən çox satılan, dolayısıyla həmin ölkədə ən çox sevilən maşınların adlarını açıqlayıblar.

Britaniyalılar özlərindən başlayıblar və aydın olub ki, “Volkswagen Golf” Böyük Britaniyada ən məşhur avtomobil modelidir.

Tədqiqata görə, “Ford F-150” pikapı ABŞ-da tələbatı ən çox qiymətləndirilən maşın hesab olunub. Maşın ilk dəfə 1948-ci ildə buraxılıb. Bu illər ərzində avtomobilin bir neçə modifikasiyası yaradılıb.

“Toyota Hilux” 25 ölkədə satışlara başçılıq edir. Maşın Argentina, Avstraliya, Honduras, Oman və Cənubi Afrikada yüksək tələbatlıdır.

“Volkswagen Golf”a həmçinin Belçika, Almaniya və Norveçdə də üstünlük verirlər.

“Toyota Land Cruiser” Qətər və Papua-Yeni Qvineya da daxil olmaqla 7 ölkədə populyarlığa görə liderdir.

Rusiya bazarlarına “Hyundai Solaris” liderlik edir. Bu ölkədə avtomobil təxminən 90 min pərəstişkar tərəfindən alınıb.
Zaur H.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
















.jpg)



















