Avto
Bakıda yenilənmiş “Land Cruiser Prado” təqdim olundu - FOTOLAR
“Toyota” avtomobil şirkəti yenilənmiş “Land Cruiser Prado” avtomobilini müştərilərinə təqdim edib.
Publika.az xəbər verir ki, təqdimat mərasimində Avropanın 10-dan çox ölkəsində sinfinin lideri olan “Prado”nun yeni xüsusiyyətlərindən bəhs edilib.
Tədbiri “Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuri Konişi açıq elan edib.
O, yeni modelin uğur qazanacağına, müştərilər tərəfindən rəğbətlə qarşılanacağına ümid etdiyini bildirib:
“Bildiyiniz kimi, “Prado” modeli Azərbaycanda kifayət qədər populyar avtomobildir. Bu gün biz bu məhsulun yenilənmiş növünü təqdim etdik. Mən yeni avtomobilin hər kəsi məmnun edəcəyinə inanıram”.
Daha sonra “Toyota Qafqaz MMC” şirkətinin Azərbaycan filialı üzrə nümayəndəsi Sabir Kazımov “Land Cruiser” avtomobil sinfinin ilk modellərindən, “Prado” modelinin tarixi dəyişikliklərindən və yenilənmiş xüsusiyyətlərindən bəhs edən videoçarx təqdim edib. O bildirib ki, dünyanın 190 ölkəsində mövcud olan “Prado” avtomobili yolsuzluq xüsusiyyətlərinə görə rəqiblərindən daim irəlidə olub:
“Prado” məhsulunun alt tərəfinə 360 dərəcə görüntü verə bilən 4 kamera, MTS xüsusiyyətlər və sürət qutusuna bir neçə yenilik əlavə edilib. MTS sürücüyə 5 növ mod təqdim edir: palçıq və qumluq, daşlıq, eniş-yoxuş, sürüşkən, qarlı. Bu da müxtəlif hava şəraitində sürücüyə rahat və təhlükəsiz idarəetmə imkanı verir.
Yeni “Land Cruiser Prado” daha müasir, möhkəm və aqressiv xarici görünüşə malikdir. Erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni quruluşlu cihazlar paneli 8 düym olan “Toyota Touch 2” multi-media sistemini, “Optitron” spidometrini və 4,2 düymlük multi-informasiya displeyini özündə birləşdirib.
“Prado”nun yolsuzluq qabiliyyətlərinin sirri mükəmməl və dözümlü, deformasiyaya davamlı xüsusiyyətləridir. Burada sürücüyə təklif olunan idarəetmədə texniki dəstək səviyyəsi də öz sözünü deyir. “Land Cruiser”in uğurlu nəslinin davamçısı olan “Prado”nun xarici görünüşü özündə əsl “4x4” avtomobildən gözlənilən davamlılığı və gücü əks etdirən möhkəm görüntünü, istənilən yolsuzluq şəraitində insanı evindəki kimi hiss etdirən dəbli estetikanı və rahatlığı birləşdirir. Avtomobilin ön qismində edilən dəyişiklik isə yolsuzluq şəraitində sürücüyə önü görmək üçün xüsusi şərait yaradır”.
Şirkətin nümayəndəsi bildirib ki, yenilənmiş avtomobil 10 rəngdə istehsal edilib. Yeni nəsildə əvvəlkilərdə mövcud olmayan “midnight emerald blue” və “avant-garde bronze metallic” rənglərinə rast gəlinir.
Sonda S.Kazımov NASA-nın Mars planetinin çəkdiyi fotoları təqdim edib və bildirib ki, şirkətin mühəndisləri bu fotoları gördükdən sonra yaradılacaq növbəti “Toyota” məhsulunu məhz Marsın səthində sınaqdan keçirməyi hədəfləyiblər.
Daha sonra tədbirdə iştirak edən qonaqlar könüllü olaraq yenilənmiş avtomobili sınaqdan keçiriblər. Tədbirin sonunda lotoreya oyunu keçirilib və 4 qalibə şirkət tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
Zümrüd
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)




















