Avto
Papa “Lamborghini”dən imtina etdi - HƏRRACA ÇIXARILACAQ
Katolik kilsəsinin lideri Papa Françeskoya Vatikan bayrağının rənglərində dizayn edilən və ona özəl istehsal olunan “Lamborghini” markalı avtomobil hədiyyə olunub.
Publika.az xəbər verir ki, Papa hədiyyəni qəbul edib, ancaq onu istifadə etməyəcəyini bildirib.
Buna görə də Papaya hədiyyə edilən bu lüks avtomobil hərracda satışa çıxarılacaq. Satışdan əldə edilən gəlir isə Papanın şəxsən seçdiyi xeyriyyə vəqflərinə veriləcək. Bu qurumlardan biri İraqdakı xristianların tarixi mərkəzlərindən olan Ninovanın yenidən inşasını aparan "Aiuto alla Chiesa che Soffre" (Ağrı çəkən kilsəyə yardım) vəqfidir.
Papa Afrikada, xüsusilə, qadın və uşaqlar üçün layihələr həyata keçirən iki dərnəyə və seks ticarətinin qurbanı olan qadınları xilas edən “Covanni” cəmiyyətinə də yardım payı verəcək.
“Lamborghini” avtomobilinin İtaliyadakı normal satış qiyməti 200000 avro civarındadır. Lakin Papanın hədiyyəsi özəl istehsal olduğu üçün daha yüksək qiymətə satılacağı gözlənilir.
Zümrüd
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
















.jpg)



















