Avto
Tıxacda qalanlar üçün VACİB TÖVSİYƏ - Bunu etməyin!
Böyük Britaniyanın cənub-şərqində Surrey universitetinin alimləri maraqlı araşdırma ilə dünya mediasının diqqətini çəkiblər. Belə ki, alimlər yollarda qeydə alınan çoxsaylı tıxacların həm sürücülərin, həm də sərnişinlərin sağlamlığı üçün olduqca təhlükəli olduğunu sübut ediblər.
Publika.az xəbər verir ki, alimlər apardığı tədqiqatlar zamanı bir çox xroniki xəstəliklərin şiddətlənməsinin səbəbini ortaya çıxarıb. Geniş araşdırmanın nəticəsi "Atmospheric Environment" jurnalında dərc edilib.
Tədqiqat zamanı tıxaclarda avtomobillərdən ayrılan zərərli tüstü və qazların səviyyəsinin normadan yüksək olduğu təsdiqlənib. Bu isə insan orqanizmi üçün olduqca ziyandır. Bununla yanaşı, bağlı pəncərələrlə maşında kondisioneri qoşmaq hərəkət zamanı avtomobildən ayrılan zərərli tüstü və qazların 76%-nin avtomobilin içərisinə daxil olmasına səbəb olur. Bu isə insanların zəhərlənməsi deməkdir.
Bu səbəbdən mütəxəssislər saatlarla tıxaclarda qalan sürücülərə kondisioneri söndürməyi tövsiyə edir. Mühitindən asılı olmayaraq zərərli tüstülər saçan çoxsaylı avtomobillərin əhatəsində kondisioneri işlək saxlamaq bütün zərərli qazların avtomobilə daxil olması ilə nəticələnir.
Könül Cəfərli
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









