Avto
Ekspertdən sürücülərə İKİ VACİB TÖVSİYƏ: əgər maşınınızı...
Son vaxtlar avtomobillərdən oğurluq halları ilə bağlı tez-tez məlumatlar yayılır.
Publika.az xəbər verir ki, “DİGESTA” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov belə oğrulardan qorunmaq üçün sürücülərə iki çox sadə tövsiyə verib. Onun sözlərinə görə əsas şərt avtomobildə saxlanan əşyalar və onun saxlandığı yerdir.
“Birinci növbədə avtomobilinizdə potensial oğrunun diqqətini
çəkən heç nə saxlamayın. Oğurluğa meyilli adam bunu etməzdən əvvəl
avtomobilə mütləq baxır. Ələ keçirilərək asan satıla və ya istifadə
oluna biləcək dəyərli bir şey görsə, oğurluq etməyə çalışacaq. Ona
görə də avtomobilinizdə çanta, diplomat, portfel və qiymətli görünə
bilən və ya içərisində pul və ya qiymətli nəsə olması ehtimal
edilən qutular, bağlamalar saxlamayın. Ən təhlükəlisi qadınların və
ya kişilərin əl çantasıdır.
İkinci vacib məqam isə avtomobilinizi imkan daxilində həmişə adam
olan, yaxşı görünən, kameralarla nəzarət edilən, gecə vaxtı isə
işıqlanan yerlərdə saxlayıb gedin. Təcrübə göstərir ki, kimsəsiz və
nəzarətsiz yerdəki avtomobildə heç nə olmasa da, bəzən oğrular ona
müdaxilə edib sadəcə axtarış edirlər.
Nəzərə alın ki, avtomobilinizə oğurluq məqsədilə müdaxilə sadəcə
konkret pulunuzun, sənədinizin və ya başqa əşyanızın itməsi ilə
nəticələnməyəcək. Bunu edən oğru həm də avtomobilə ziyan vuracaq.
Adətən şüşələri sındırırlar, qapını zorla açaraq yararsız edirlər
və s. Nəticədə bəzən avtomobilə dəyən zərər oğurlanan əşyaların
dəyərindən 10 qat artıq olur”.
-
İdman21:12Devid Bekhemin keçəl başı böyük müzakirələrə səbəb oldu
-
Magazin120:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq




















.jpg)
.png)



.jpg)

.jpg)










