Avto
Avtomobil almaq istəyənlər - Diqqətli olun! - VİDEO
1 milyon kilometrə yaxın yürüşlə satışa çıxarılan avtomobil 10 gün sonra iki dəfə az 400 min kilometr yürüşlə təkrar elan saytına yerləşdirilir. Başqa bir avtomobil də eyni qaydada ilkin olaraq yarım milyona yaxın kilometr yürüşlə satışa qoyulduğu halda iki həftədən də az müddətdən sonra yürüş məsafəsi dəyişdirilərək 320 min kilometr edilir. Avtomobillərin yürüş məsafəsi azaldılıqdan sonra isə qiymətləri təxminən min manat da qaldırılır. Əvvəlki elanı görməyən alıcı isə bundan xəbərsiz olduğundan saxta yürüş məsafəsi ilə həmin avtomobili alır. Elan saytlarında son zamanlar bu tipli elanlara tez tez rast gəlmək mümkündür.Əksər alıcı seçdiyi avtomobili əvvəlki tarixlərdə axtarsa dəyişdirilən yürüş məsafəsinin şahidi ola bilər. Satıcılar isə eyni avtomobilin fərqli yürüş məsafəsi ilə satışa çıxarılmasını müxtəlif bəhanələrlə izah edir.
Publika.az xəbər verir ki, bənzər hadisə paytaxt skaini Sərxan Qədirovun da başına gəlib. 210 min kilometr yürüşlə satdığı avtomobilini bir gün sonra 3 dəfə də az 70 min yürüşlə təkrar satışda görüb.
Bu hadisədən sonra Sərxan Qədirov avtomobilin 3-cü sahibini xəbərdar etmək üçün əvvəlki elanı da taparaq sosial şəbəkələrdə paylaşıb.Və bu elanlardan sonra aldadılan avtomobilin alıcısı Sərxanı tapır.
Servisdən alınan rəsmi sənəddən sonra aldadılan alıcı avtomobbili qaytara bilir. Avtomobilin yürüş məsafəsini dəyişdirmək isə ölkə qanunvericiliyinə zidddir. İstehlakçıları aldadan şəxslər cinayət məcəlləsinin 178 maddəsinə əsasən 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. (xezerxeber.az)
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








