Əl işi olan 5 nadir avtomobil
Bizi izləyin

Avto

Əl işi olan 5 nadir avtomobil

Avtomobillər bəzən sahibləri üçün bir ehtirasa çevrilir. Və avtomobilnə aşiq olan hər bir adam, onun bənzərsiz olduğuna inanır. Əgər siz də avtomobilinizə belə bağlısınızsa, bu araşdırma çox maraqlı olacaq. Tamamilə əl əməyi nəticəsində düzəldilmiş bir avtomobil təsəvvür edirsinizmi? Bəli, dünyada bir neçə belə avtomobil var.

Bu cür nadir vasitələrdən 1-cisi taxta avtomobildir. Avtomobilin adı “Splinter”di. Sözün azərbaycanca mənası “tilişkə” (taxta qırıntısı) deməkdir. Çünki bu avtomobil tamamilə taxtadan düzəldilib. Taxtadan olmayan yeganə hissəsi isə motorudur. Bu vasitə dünyanın ilk taxta super avtomobilidir. Avtomobil taxtadan düzəlmiş olsa da, “Porsche” və “Lamborgini” kimi markalarla yarışa da bilər. Avtomobilin tamamən ərsəyə gəlməsi 5 il vaxt aparıb. İstehsalında müxtəlif növ taxta materiallardan istifadə olunub. Saatda 386 km sürətlə gedə bilir. Çəkisi 1134 kiloqramdır. Avtomobilin dünyada bənzəri yoxdur, yeganədir.

2-ci nadir vasitə karton avtomobildir. Yenə bənzərsiz bir avtomobildən söhbət gedir. Yapon avtomobil istehsalçısı “Lexus” tərəfindən istehsal olunan avtomobil, tamamilə kartondan düzəldilib. Bu avtomobil “Lexus IS saloon” modelinin replikasıdır. “Oriqami” kağız qatlama sənətindən faydalanaraq düzəldilmiş maşın 1700 ədəd lazer kəsimli karton hissədən ibarətdir. Buna görəə də adı “Oriqami Car”dır. Bu karton hissələr bir-bir əl ilə yapışdırılıb. Elektrik motoru ilə təchiz edilmiş avtomobil, yağışlı havalar istisna olmaqla, istənilən vaxt rahatlıqla sürülə bilər.

3-cü qeyri-adi avtomobil Lego avtomobildir. Lego hamının uşaqlığının sevimli oyuncağıdır. Bu gün bütün hissələri legodan düzəldilmiş əsl avtomobil meydana çıxıb. Bu “oyuncaq avtomobil”in düzəldilməsində 500 000 hissə lego istifadə edilib. Bu avtomobilin motoru da legodan düzəldilib. 256 silindrə sahib olan motor hava gücü ilə işləyir. Maşın saatda 20 km sürətlə gedə bilir. Bu vasitə 21 yaşlı Rumıniyalı bir gənc tərəfindən 18 aya düzəldilib. Avtomobilin dəyəri isə 13 000 dollardır.

Bilirk ki, “Batmobile” Batmanın məşhur avtomobilidir. “The Dark Knight Rises” filmində istifadə olunan avtomobilin eynisi olan bu vasitə, amerikalı bir avtomobil ustası tərəfindən düzəldilib. Tamamən əl işi olan cihaz “corvette” motoru ilə təchiz olunub. Saatda 100 km sürətlə gedən avtomobil tamamilə rahat idarə edilir. Bu bənzərsiz model, filmdə istifadə olunan avtomobilin ilk və tək replikasıdır.

Və sonuncu “Suicide Squad” filmində Jokerin istifadə etdiyi avtomobilin eynisi olan “özün düzəlt” avtomobilidir. Vasitə amerikalı bir maşın ustası tərəfindən düzəldilib. Maşının möhtəşəm görüntüsü sizdə onun çox bahalı olması fikrini yarada bilər. Lakin, belə deyil. Bu vasitə, İnternetdə də rahatlıqla tapa biləcəyiniz “fiberglass” maddəsindən düzəldilsə də, xarici görünüşü ilə superavtomobillərədn heç də seçilmir. Belə bir avtomobili yaratmaqla istehsalçı demək istəyir ki, hər büdcəyə uyğun super avtomobil istehsal etmək mümkündür. Çünki fiberglass kifayət qədər ucuz materialdır.

ted.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm