Avto
Bu, ekoloji avtomobillərə əlçatanlığı artıracaq - Ekspert
"Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" mövzusunda mətbuat konfransı keçirilib.
Publika.az-ın xəbərinə görə, konfransda Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, özəl qurum nümayəndələri, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası və ekspertlər iştirak ediblər.
Mətbuat konfransında "Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və genişləndirilməsi ilə bağlı" Yol xəritəsinin təqdimatı olub.
Təqdimatda dövlətin bu sahədə gördüyü işlər, gələcək planlar və özəl sektorun bu işə dəstəyi haqqında geniş məlumat verilib.
Mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib ki, hazırda güzəşt tətbiq edilmiş ekoloji təmiz avtomobillərin əhatə dairəsinin genişləndirilməsi müzakirə edilir.
Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə bildirib ki, Azərbaycanda 33 elektromobil enerji doldurma məntəqəsi var: "Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rasim Səttarzadə jurnalistlərin suallarına cavab olaraq hökumətin sosial məsələləri nəzərə alaraq dizel mühərrikli avtomobillərin idxalına qadağa qoymadığını deyib: "Amma ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bu avtomobillərin idxalı məhdudlaşdırılmalıdır".
Tədbirdə çıxış edən ekspert, Yol Xəritəsini hazırlamış İşçi Qrupun üzvü Eldəniz Cəfərov qeyd edib ki, 2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərin reallaşması üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılmasının əhəmiyyəti var.
"Ölkədə ekoloji təmiz avtomobillərin istismarı üçün münasib şəraitin yaradılması bu sahədə artıma səbəb olub. Hesab edirik ki, bu prosesə özəl sektor da öz töhfəsini verəcək. Hazırda avtokreditlər üzrə faizlər bir qədər yüksəkdir. Təklif var ki, banklar daha uyğun şərtlərlə avtomobil kreditləri versin. Bu isə yeni, ekoloji avtomobillərə əlçatanlığı artırar. Hesab edirəm ki, həm dövlət, həm də özəl sektorun irəli sürəcəyi təşəbbüslər 2022-ci il ərzində təklif ediləcək", - E.Cəfərov deyib.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndəsi Eyyub Əliyev bildirib ki, 2015-ci ildə baş verən devalvasiyanın rəsmi avtomobil idxalçılarına mənfi təsiri olub: "Devalvasiya nəticəsində ölkəmizdə köhnə avtomobillərin idxalı sürətlə artıb. İndi çalışmaq lazımdır ki, ölkənin avtomobil parkı ekoloji təmiz nəqliyyat vasitələri ilə yenilənsin".
Mətbuat konfransında özəl sektorun bu sahədə görəcəyi işlərin qrafiki və hesabat dövrü açıqlanıb.
Qeyd edilib ki, məlumatlandırma, maarifləndirmə və sosial məsuliyyət istiqamətində işlər ilin sonunadək davam etdiriləcək.
Foto: Ceyhun Rəhimov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


