Avto
Zaqatalada yol polisi reyd keçirib, 35 sürücü cərimələnib
Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə reydlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.
Ümumilikdə keçirilən tədbirlər zamanı standartlara cavab verməyən 35 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)





















