Avto
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5% qiymət artıb.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə "Trend"ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin satışı artıb:
"Hər il yaya doğru avtomobillərə tələbat artır. Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər".
Ekspert bildirib ki, yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur.
“Ötən ay birinci əl avtomobil bazarında alıcılar "krossover" və mini "krossover"lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan "sedan" və "heçbek"lərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan "krossover"lərdir.
E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir: “Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 % artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 % civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumi götürsək, yay ayında avtomobillərin qiymətitn artması gözlənilmir".
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































