Bakıda bu marşrut avtobusları gecikir - SİYAHI
Bizi izləyin

Avto

Bakıda bu marşrut avtobusları gecikir - SİYAHI

Bu gün axşam pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Publika.az-a bildirilib.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 14 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 37 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında 10-15 dəqiqə və daha artıq gecikmə var.

1. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq səbəbindən 1, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur.

2. Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 46, və 49 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə var.

3. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində sıxlığa görə 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallar 10-12 dəqiqə gecikir.

4. Bakı – Sumqayıt şossesində – Şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində nəqliyyat sıxlığın görə 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqəyə gecikmə müşahidə olunur.

5. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq 3, və 17 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqəyə gecikmə var.

6. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda gecikmə 11-13 dəqiqəyə yaxın müşahidə olunur.

7. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə sıxlıq səbəbindən 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslar 9-12 dəqiqə gecikmə ilə hərəkət edir.

8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıqla əlaqədar 13 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqəyə gecikmə müşahidə olunur.

9. Dilarə Əliyeva küçəsi – hər iki istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 14, 21, 30, 32, 40, 46, 88A və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 7-9 dəqiqəyə gecikmə yaranıb.

10. 28 May küçəsinin, Yusif Səfərov küçəsi ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq səbəbindən isə həmin ərazidən keçən 1, 2, 4, 5, 21, 30, 32, 46, 88, 125, 127 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

11. Heydər Əliyev prospekti kənar yolda Heydər Əliyev Mərkəzi istiqamətində sıxlıq 1, 13, 38, M3 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikməyə səbəb olub.

12. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində isə 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

13. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11 və 199 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə var.

14. Binəqədi şosesi – Azadlıq m/st istiqamətində sıxlıqla əlaqədar 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm