Avto
Günəş enerjisi ilə işləyən avtomobil dünya rekordu qırdı
Avstraliyanın Yeni Cənubi Uels Universitetinin texniki qrupu tərəfindən yaradılan, günəş enerjisi ilə işləyən “Sunswift 7” avtomobili 12 saat ərzində 1000 kilometr məsafəni qət edərək, yeni dünya rekorduna imza atıb.
Publika.az xarici saytlara istinadla xəbər verir ki, avtomobil 1000 kilometr məsafəni 11 saat, 53 dəqiqə və 32 saniyəyə qət edib. Bu da orta hesabla saatda təxminən 85 kilometr sürətə bərabərdir. Eyni zamanda, 100 kilometrə enerji sərfiyyatı cəmi 2,8 kilovat-saat təşkil edib. Bu nailiyyət aerodinamika və səmərəlilik sahələrində aparılan bir sıra tədqiqatlar və onların nəticələrinin innovativ mühəndis həlləri formasında həyata keçirilməsi nəticəsində mümkün olub.
Mütəxəssislər indi telemetriya məlumatlarını və rekordun rəsmi tanınması və müvafiq sertifikatın əldə edilməsi üçün tələb olunan bütün digər əlavə məlumatları Ginnesin Rekordlar Kitabı komitəsinə təqdim ediblər.
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO



















.jpg)














.jpg)




