Avto
Bu avtomobillərin qiyməti kəskin ucuzlaşdı
"Ford" Mustang Mach-E Electric SUV-nin qiymətini 5900 dollara endirib.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bazar ertəsi "Ford Motor Co" şirkəti Tesla elektrik avtomobilləri üçün dünya üzrə 20% endirimdən həftələr sonra Mustang Mach-E elektrik avtomobilinin qiymətini hər avtomobil üçün 5900 dollara qədər ucuzlaşdırıb.
"Ford", həmçinin Mach-E istehsalını əhəmiyyətli dərəcədə artırdığını bildirib. "Ford" keçən il ABŞ-da 39 458 ədəd, 2021-ci ildə isə 27 140 ədəd Mach-E modeli satıb.
Məlumata görə, "Ford" Mach-E-nin müxtəlif versiyalarında, eləcə də, təxminən 19% daha uzun diapazonlu akkumulyatorlarda qiymətləri 8%-ə qədər azaldır. Ən ucuz modellərin qiymətləri 600-900 dollar endirilir.
Həmçinin, Ford nəqliyyat vasitələrinin çatdırılmasını gözləyən mövcud Mustang Mach-E müştərilərinin avtomatik olaraq qiymət endirimi alacağını söyləyib.
Mehti Kamiloğlu
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































