Avto
Avtomobil bazarında qiymətlər artacaq? - Ekspert DANIŞDI
Azərbaycan avtomobil bazarında yaz aylarına qədər qiymətlərdə kəskin dəyişiklik baş verməyəcək.
Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
“Azərbaycanın avtomobil bazarında hazırda vəziyyət stabildir. Bu ilin yanvar ayının birinci həftəsindən başlayaraq ölkəyə idxal olunan yeni avtomobillərin qiyməti 5% artıb. Bu da bizim daxili avtomobil bazarı ilə və ya iqtisadiyatımızla bağlı deyil. Dünyanın aparıcı avtomobil istehsalçılarının ehtiyat hissələrinin çatışmazlığı və daşıma şirkətlərinin qiymətlərinin artırılması səbəbilə həmin əmtəənin qiyməti 5% civarında yüksəlib”.
Onun sözlərinə görə, ikinci əl avtomobil bazarında qiymətlərdə əksinə azalma müşahidə edilir:
“Mühərrik həcmi 3 000 kubsantimetr və daha yüksək olan avtomobillərin qiymətində 5-10% azalma müşahidə edilir. Bunu da ötən il ərzində bizim ölkədə "Aİ-95" markalı benzinin qiymətinin atması və icbari sığorta tariflərinin yüksəlməsi ilə əlaqələndirmək olar”.
E.Cəfərov bildirib ki, ötən il ölkəyə idxal olunan yeni avtomobillərin sayında azalma müşahidə olunur. Azalmanın səbəbini isə ekspert Rusiyadan avtomobil idxalının dayandırılması ilə izah edib:
“Mühərrik həcmi 2 000 kubsantimetrə qədər olan Rusiya istehsalı olan avtomobillərin bizim ölkəyə idxalı demək olar ki, dayanıb. Bu da Rusiyada olan iqtisadi vəziyyətlə bağlıdır. Sanksiyalara görə, Rusiyanın avtomobil sənayesinə lazım olan ehtiyat hissələrinin çatışmazılığı ucbatından Rusiya artıq bugünkü Avropa standartlarına cavab verən minik avtomobilləri istehsal edə bilmir. Bu səbəbdən də bu tələblərə cavab verə bilməyən Rusiya avtomobillərini ölkəmizə idxal etmirik. Bu avtomobillərin yerini bazarda artıq Çin istehsalı olan avtomobillər tutur”.
E.Cəfərov Türkiyədə baş verən zəlzələnin Azərbaycan avtomobil bazarında hər hansı bir təsirin olmadığını deyir. Onun sözlərinə görə, ölkəmizə avtomobillər Türkiyədən adi rejimdə idxal olunmaqda davam edir:
“Avtomobil bazarında alıcılar daha çox yeni hibrid krossoverlərə üstünlük verirlər. İkinci əl bazarında isə mühərriki 1 500 kubsantimetr olan avtomobillər daha çox təklif olunur”, - ekspert bildirib.
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi


























.jpg)









.jpg)