Avto
"Beşmərtəbə" yenidən “avtoş”ların məkanına çevrildi - VİDEO
“Beş mərtəbə” deyilən dairə yenidən “avtoş”ların məkanına çevrilib.
Publika.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, təhlükəli hərəkətlər etmək istəyən daha bir sürücü əraziyə gəlib və məhz orada hərəkət iştirakçıları üçün qəza riski yaradıb.
Həmin görüntülər yayıldıqdan sonra DYP Bakı şəhərində “avtoş”ların məkanına çevrilən əraziləri nəzarətə götürüb.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, belə kadrlar yayılan kimi yol polisi nəzarətə götürür və sürücünü tez bir zamanda aşkar edirlər.
Bənzər hadisə Nəsimi rayonu, Cavadxan küçəsində də olub. 4-cü mikrarayon dairəsi ətrafında axşam saatlarında taksi sürücüsü avtoxuliqanlıq edir. Onun da görüntüləri ərazidəki Təhlükəsiz Şəhər Kameralarına düşüb. Qeyd edək ki, yol polisi paytaxt ərazisində ən çox belə hərəkətlər yol verilən küçə və prospektlərə nəzarəti artırıb.
Araz Əsgərli qeyd edək ki, sözügedən ərazidə avtoxuliqanlıq edən sürücüsü Məhyəddin Cəbiyev müəyyən edilərək saxlanıb. Onun barəsində protokol tərtib edilib. Sənədlər toplanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücüyə 500 manat məbləğində cərimə tətbiq edilib, eləcə də o, bir il müddətinə sürücülük hüququndan məhrum olunub.
Daha ətraflı süjetdə:
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































