Avto
Qeydiyyat nişanını maraqlı üsulla gizlətdi - VİDEO
Avtomobili qanunsuz ərazidə park edir, məsuliyyətdən yayınmaq üçün isə dövlət qeydiyyat nişanının üzərini bağlayır.
Publika.az xəbər verir ki, görüntülər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Belə ki, şəhərin müxtəlif küçə və prospektlərində dayanma durma qaydalarını pozan sürücülərin əksəriyyəti, məsuliyyətdən yayınmaq məqsədi ilə müxtəlif üsullara əl atırlar.
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, məsuliyyətdən yayınmaq üçün bu üsullara əl atan sürücülərə, dayanma durma qaydalarını pozmaları ilə yanaşı, həm də nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə cərimə tətbiq edilir.
Ömər Xıdırov qeyd edib ki, həmin sürücülər müşahidə kameraları vasitəsi ilə aşkarlandıqdan sonra sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilirlər.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































