Avto
ABŞ "Tesla"nın əli ilə Çinin elektromobil bazarını çökdürür - Köhnə model GERİ DÖNÜR
Amerika avtomobil nəhəngi "Tesla" öz elektrik avtomobillərindən birinin yeni nəslini buraxacaq.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Model "Y"nin yenilənmiş versiyasının buraxılması barədə məlumatı jurnalistlərə şirkətdəki anonim mənbələr açıqlayıb. Onların sözlərinə görə, 2024-cü ildə korporasiya avtomobilin yeni nəslini təqdim edəcək. İnsayderlər buraxılışın təfərrüatlarını açıqlamayıblar, lakin qeyd ediblər ki, avtomobil oktyabrda olduğundan daha ciddi dəyişikliklər alacaq.
Qeyd edək ki, "Tesla " payızda yenidən dizayn edilmiş təkərləri və optikası ilə yenilənmiş Model "Y" təqdim edib.
Model "Y"nin kütləvi istehsalının 2024-cü ilin ortalarında, qlobal satışların isə ilin sonuna qədər başlayacağı gözlənilir. İlk partiya Şanxaydakı "Tesla" zavodunda yığılacaq. Yeni il bayramları zamanı şirkət konveyerin modernləşdirilməsi üçün iki həftəlik istehsalı dayandıracaq.
"Tesla"nın Çindəki törəmə şirkətinin nümayəndəsi isə şərh verməkdən imtina edib.
"Bloomberg"in həmsöhbətləri bildiriblər ki, yeni modelin buraxılmasına səbəb digər məsələlərlə yanaşı, Çin elektromobil istehsalçılarının rəqabətinin artmasıdır. Çində Model "Y" son dərəcə populyardır: avtomobil brendin bütün elektrik avtomobilləri arasında satışın 75 faizini təşkil edir.
Sentyabr ayında "Tesla" yenilənmiş Model "3" elektromobilini təqdim edib. Elektrik sedan yenidən dizayn alıb, məsafəni 630 kilometrə qədər artırıb, təkmilləşdirilmiş səs izolyasiyası, havalandırılan oturacaqlar və fərdiləşdirilə bilən ön optika.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































