Avto
Azərbaycana hibrid avtomobillər sürətlə bahalaşır - VİDEO
Ölkəyə gətirilən hibrid avtomobillərin ildən-ilə sayı və dəyəri sürətlə artır.
Publika.az xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobillər idxal olunub.
2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 230 milyon 907 min dollar və ya 2,5 dəfə artıb. Bir ədəd hibrid avtomobilin orta hesabla idxal qiyməti 2023-cü ilin sonunda milli valyuta ilə təxminən 46 581 manat, 2022-ci ilin sonunda isə 23 296 manat olub.
Rəqəmlər son bir ildə hibrid avtomobillərin 23 285 manat bahalaşdığını göstərir.
İqtisadçı-ekspert Pünhan Musayev deyir ki, hökumətin bu sahədə tətbiq etdiyi güzəştlər elektrik mühərriki ilə işləyən avtomobillərə marağı artırıb. Ekspert avtomobillərin orta idxal qiymətinin artma səbəbinə də aydınlıq gətirib.
Bəs ölkəyə bahalı avtomobillərin idxalının artması daxili bazara necə təsir edə bilər?
Ekspert əlavə edib ki, elektriklə işləyən bahalı avtomobillərlə yanaşı, ölkəyə həmin növdən olan nisbətən ucuz nəqliyyat vasitələri də idxal olunur. Onun sözlərinə görə, belə avtomobillər daha müasir olduğu üçün bazarda fərqli qiymətlərə təklif oluna bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO































.jpg)




