Avto
Maskdan elektromobil istehsal edən çinlilərlə bağlı xəbərdarlıq
"Çin avtomobil istehsalçıları təmkinli olmadıqları təqdirdə qlobal bazarı ələ keçirəcəklər".
Publika.az CNBC telekanalına istinadla xəbər verir ki, bunu "Tesla"nın CEO-su Elon Mask bildirib.
Sahibkar Çinin elektromobil şirkətlərinin öz ölkələrində əhəmiyyətli uğurlar qazanacağını və qlobal bazara rəhbərlik edəcəyini proqnozlaşdırıb. Mask xəbərdarlıq edib ki, tariflər və digər ticarət maneələri qoyulmazsa, onlar bütün qlobal bazarı ələ keçirəcəklər.
Yanvarın 24-də Tesla konfransında İlon Mask vurğulayıb: "Çin avtomobil şirkətləri dünyanın ən rəqabətli müəssisələridir".
CNBC jurnalistləri qeyd ediblər ki, Çin korporasiyası BYD 2023-cü ildə Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiya bazarlarına satışlarını genişləndirib. "Nio" və "Xpeng" kimi bir çox yerli startap Avropa bazarına daxil olub.
Bir il əvvəl, 25 yanvar 2023-cü ildə İlon Mask Çinli avtomobil istehsalçılarının digərlərindən daha çox və daha ağıllı işlədiyini söyləyib.
Eyni zamanda, "Tesla" rəhbəri konkret olaraq heç bir yerli avtomobil istehsalçısının adını çəkməyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































