Avto
Avtomobiliniz yay mövsümünə nə dərəcədə hazırdır? - Mütəxəssisdən 5 vacib tövsiyə
Avtomobilləri qış mövsümünə olduğu kimi, yaya da hazırlamaq lazımdır. Bunun üçün maşın bir sıra yoxlamalardan keçirilməlidir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov xəbərdarlıq edib.
Onun sözlərinə görə, ilk olaraq mühərrikin soyutma sisteminin yoxlanılmasına diqqət yetirilməlidir.
"Köhnə antifriz əsas funksiyasının - mühərrikdən istiliyi çıxarmağın öhdəsindən yaxşı gəlmir. Yayda ən böyük risk mühərrikin həddindən artıq qızması və qaynamasıdır. Həmçinin radiator, nasos və borularda sızma olub-olmadığını yoxlamaq lazımdır", - deyə Rodionov bildirib.
Mütəxəssisin sözlərinə görə, mövsüm ərəfəsində əyləc sisteminə də fikir vermək lazımdır.
"Əyləc mayesinin rütubəti 3%-dən çox olarsa, dəyişdirilməlidir. Əks halda, əyləc səmərəliliyi azalacaq, bu da qəzaya səbəb ola bilər, həmçinin əyləc sisteminin komponentləri paslanar", - deyən ekspert, ümumiyyətlə, əyləc sistemini yoxlamadan keçirməyi məsləhət görüb.
Rodionov yay mövsümündən əvvəl avtomobildə kondisionerin işini yoxlamağı da vacib hesab edib.
"Çünki bu qurğu üç ay ərzində güclənmiş rejimdə işləməli olacaq", - deyə o əlavə edib.
Mütəxəssis salon filtrinə də diqqət çəkib və yayda onun üzərindəki yükün əhəmiyyətli dərəcədə artdığını bildirib.
"Son olaraq bildirim ki, təkərlərin təzyiqi yoxlanılmalıdır. Adətən yazda keyfiyyətsiz təkər quraşdırılması səbəbindən tədricən təkərlər boşalır, lakin sürücü bunu hiss etmir. Qeyri-kafi təzyiq zəif dartma qabiliyyətinə gətirib çıxarır və təkərlərin aşınmasını artırır", - deyə mütəxəssis xəbərdarlıq edib.
(Oxu.az)
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı









.jpg)

.webp)






.png)













.jpg)


