Avto
Mixael Ballakın avtomobili fantastik qiymətə satılır
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballaka məxsus unikal "Ferrari" avqustun 16-17-də Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək "RM Sotheby"s" hərracında satışa çıxarılacaq.
Publika.az xəbər verir ki, söhbət 1960-cı ildə buraxılmış "Ferrari 250 GT SWB California Spider"in ilk nümunəsindən gedir. Lotun gözlənilən dəyəri 16-18 milyon dollardır.
Avtomobil xüsusi olaraq ABŞ bazarı üçün yaradılıb və 106 nüsxə həcmində hazırlanıb. Onun kapotunun altında təxminən 280 at gücünə malik üç litrlik "Colombo Tipo 128" V12 mühərriki var.
Avtomobilin maksimal sürəti 250 km/saatdır.
Qeyd edək ki, bu model üçün hazırkı hərrac rekordu 18,4 milyon dollardır. O, 2015-ci ildə Parisdə qeydə alınıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































