Avto
Elektromobil zəhər mənbəyidir? – Mafiya hərəkətə keçdi
Dyuk Universiteti və Texas Texniki Universitetindən olan alimlər “əbədi kimyəvi maddələr” kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyinin elektromobillərin istehsalı ilə əlaqəli olduğunu ortaya çıxarıblar. Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb. Ətraf mühitdə çətin parçalanan PFAS orqanizmdə xərçəng, endokrin və reproduktiv sistem xəstəliklərinə və digər ciddi diaqnozlara səbəb olur.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı araşdırma barəsində heç bir rəsmi sənəd olmadığını deyib.
O bildirib ki, elektromobillərin suyu, havanı çirkləndirdiyi, ekologiyaya ciddi zərər vurduğu ilə bağlı rəsmi sənəd olsaydı, onun qarşısını almaq uğrunda güclü mübarizə başlayardı:
“Doğrudan da bu qədər zərərlidirsə, kütləvi şəkildə dünyada necə yayılır? Hesab edirəm ki, bu, elektromobillərin sürətlə artımı və genişlənməsinə qarşı yanacaq mafiyasının müqavimətidir”.
Ekspert elektromobillərlə bağlı utilizasiya məsələsinə hələlik çarə tapılmadığını qeyd edib:
“Elektromobillər bu gün dünyanın kəşf etdiyi ətraf mühitin qorunması üçün ekologiyaya az zərər vuran yeganə nəqliyyat növüdür. Yalnız onların akkumlyatorları sıradan çıxdığı zaman utilizasiya məsələsi hələlik sual doğurur. Çünki utilizasiya özü ağır prosesdir. Bu akkumlyatorların suya, torpaq təbəqəsinə zərər vurmadan necə təhlükəsiz formada utilizasiya ediləcəyi məlum deyil. Amma hazırkı məqam üçün bundan üstün texnologiya yoxdur”.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































