Avto
İli köhnə olan avtomobilləri qeydiyyatdan keçirmək mümkündür? - VİDEO
Şəxs iddia edir ki, istehsal ili köhnə olan avtomobili taksi qeydiyyatından keçirir.
Publika.az xəbər verir ki, sosial şəbəkələrədə taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün maşınları pul ilə qeydiyyatdan keçirən səhifə açılıb.
Hətta ili 1995-96 olan nəqliyyat vasitələrini də qeydiyyatdan keçirə bildiyini deyir. Etdiyi işə tam zəmanət verdiyini də bildirir.
Qeydiyyat edən şəxs deyir ki, müraciət edən vətəndaş ölkəmizdə fəaliyyət göstərən məhşur taksi şirkətlərindən birində çalışa bilər.
Adı çəkilən taksi şirkətindən “Xəzər Xəbər”ə bildirildi ki, hesabın servislə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, tələblərə riayət etməyən parklarla əməkdaşlığa xitam verilir. Sistemdə avtomobilin yaşını və qanunun tələblərinə uyğunluğunu izləməyə imkan verən tədbirlər mövcuddur.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, hazırda taksi kimi fəaliyyət göstərə bilməyən şəxslər bu yollarla aldana bilərlər.
Məsələ iləbağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, köhnə olan avtomobillərin taksi fəaliyyəti üçün qeydiyyatdan keçirilməsi ilə bağlı sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaşlara belə elanlara inanmamağı və şəxsi məlumatlarını təqdim etməməyi tövsiyə edirik.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































