Avto
Yollarda yeni kameralar quraşdırılır: Pozuntular avtomatik internetdə dərc ediləcək
Rusiyada yol kameralarının quraşdırılması ilə bağlı yeni qaydalar qüvvəyə minir.
Publika.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Nəqliyyat və Nəqliyyat İnfrastrukturunun İnkişafı Komitəsinin sədr müavini Pavel Fedyaev danışıb.
Sentyabrın 1-dən ölkədə ilk dəfə olaraq yol hərəkəti qaydalarının pozulmasının foto-videoçəkiliş sistemlərinin quraşdırılması üçün vahid tələblər tətbiq ediləcək. Prezidentin imzaladığı 197 saylı qanun kameraların quraşdırılması ilə bağlı qərarları yol polisinin razılığı ilə yerli hakimiyyət orqanlarına və yol sahibinə vermək hüququ verir.
Qanunda yol kameralarının quraşdırıla biləcəyi yerlərin xüsusiyyətləri də göstərilir. Bunlar marşrut nəqliyyat vasitələri üçün xüsusi zolaqlı yollar, qəzaya məruz qalan ərazilər və il ərzində dörd və ya daha çox qəzanın baş verdiyi yol kəsişmələridir.
Həmçinin yol işləri aparılan ərazilərdə, piyada keçidlərində, parkinq qadağan olunan yerlərdə, yol ayrıclarında və yol polisi tərəfindən müəyyən edilən yerlərdə kameraların quraşdırılmasına icazə verilir.
Kameralar haqqında məlumat və onların qeydə aldığı pozuntuların siyahısı internetdə dərc edilməlidir. Yeni tələblərə cavab verməyən kameralar sürücüləri cərimələyə bilməyəcək.
Yeni qaydalar qüvvəyə minən zaman uyğun olmayan bir çox yol kameraları söndürüləcək.
Adəm Abbaslı
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




































