Avto
Yağışdan sonra bu maşınların QİYMƏTİ QALXDI
Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirib, eyni zamanda onların sağlığına ziyan verib.
Publika.az xəbər verir ki, hazırda avtomobil elanları saytlarında "offroader" tipli modellərdən qiymət artımı müşahidə olunur. Bu gün günortadan yerləşdirilən elanlarda qiymət artımı müşahidə olunur. 2008-2013-ci il buraxılışlı "offroader" tipli modellərdə qiymətlər 2-3 min manat qalxıb. Təbii ki, bu da yağan yağışlara görədir ki, hündür avtomabillər böyük ölçüdə suda batmır.
Məsələ ilə bağlı avtomabil satışı məşğul olan Fərman Məmmədov News24.az-a qiymət artımı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə qiymət artımı müvəqqətidir, 15-16 ilin maşını modelindən asılı olaraq şisirdilmiş qiyməti 26-27 min manat niyə olsun?!
"Bu gün bazarda son model Çin istehsalı olan "offroader"lər var ki, qiymətləri çox münasibdir, insanlar 15-16 ilin maşınını 26-27 min manata almaqdansa bir az üst qiymətə təzə maşın almaqları daha məqsədəuyğundur. Ona görə düşünürəm ki, qiymət artımı müvəqqəti və mənasızdır. Hər gün yağış yağsa qiymət qalxacaq? Onsuz indi müştərilər köhnə yox, yeni modellərə üstünlük verirlar". (news24.az)
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi


















.jpg)
















