Avto
Maşın almaq istəyib pulu az olanlara ŞAD XƏBƏR
Azərbaycanda artıq bir neçə ildir ki, Naxçıvan, Hacıqabul, Neftçala və Gəncə kimi şəhərlərində yerli yığım avtomobillər hazırlanır. Sözügedən Sənaye zonalarında "Şevrolet", "İsuzu", VGV, UAZ, "Lada", "Xəzər" (Khazar) və s. markalı avtomobillər istehsal edilir. Yerli maşınlara tələbat olduqca yüksəkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yerli yığım avtomobillərin satışı təqribən 60% artıb. Üstəlik, bu nəqliyyat vasitələrini alanlara olduqca sərfəli güzəştlər tətbiq olunur.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, hazırda bu maşınlar sərfəli daxili lizinq şərtləri ilə satılır:
"Söhbət maşınların satışındakı güzəştlərdən gedirsə, yerli istehsal avtomobillər onsuz da sərfəli daxili lizinq şərtləri ilə satılır. Hətta bu maşınları alan şəxsin bank gecikməsinə də nəzər yetirilmir. Çünki həmin maşınlar sosial vəziyyəti aşağı olan insanlar üçün nəzərdə tutulub. Ona görə bu kateqoriyadan olan şəxslərə nəqliyyat vasitələri maksimum güzəştli şərtlərlə verirlər".
E.Əliyev qeyd edib ki, güzəştlər daha çox maddi gəliri aşağı olan insanların avtomobillə təmin olunması üçün nəzərdə tutulub:
"Alıcılar dərindən araşdırılmır. Yəni onsuz da bu avtomobillər maddi gəliri aşağı olan insanlar üçün minimal ilkin ödənişlə satılır ki, onlar maşınlardan, el dili ilə desək, "çörək ağacı" kimi istifadə edə bilsinlər. Təbii ki, bu, alqışlanası bir addımdır".
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı

































.jpg)




