Avto
Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
Sürücülərdən biri iddia edir ki, avtomobilinin işıq cihazında şüşə örtüyündən ("plyonka") istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən cərimə olunub.
O bildirib ki, şüşə örtüyünü avtoservisdə yoxladıb, hər şey qaydasında olsa da, ona cərimə tətbiq olunub.
Maraqlıdır, bəs görəsən bununla bağlı qanunvericilik nə deyir?
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, istehsalçı zavod əgər sözügedən "plyonka"ları istehsal edirsə, deməli o, proses zamanı işığın paylanma dərəcəsini nəzərə alır:
"İşığın səpələnmə, düşmə bucağı aydındırsa və sürücü üçün heç bir problem yaranmırsa, bu zaman heç bir cərimə tətbiq oluna bilməz. Ümumiyyətlə, bu sahədə bizdə bəzi boşluqlar var".
Sözügedən problemlə qarşılaşan sürücülərin sayı çoxdur. Polis əməkdaşları isə bu halı qanunsuz hesab edirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:
"Odur ki, "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır".
"Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsi, eyni zamanda 342-ci maddəsinə əsasən, burada işıq cihazlarının üzərinə "plyonka" çəkilməsinin qadağan olunması ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, son illər istehsal olunan avtomobillərin ön və arxa işıq cihazları qara rəngdə olur. Bu cihazlar sadəcə komanda verildikdə nəzərə çarpır.
Ətraflı Baku TV-nin süjetində:
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı

































.jpg)




