Avto
"Tesla" avtomobili almırlar - İlon Maska boykot şoku
Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə “Tesla” avtomobillərinin satışlarında ciddi azalma baş verib.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Mühərrikli Nəqliyyat İdarəsinin (Kraftfahrt-Bundesamt - KBA) yaydığı məlumatda qeyd olunub.
Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 “Tesla” avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır.
Eyni vəziyyət Avropa İttifaqında və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda “Tesla”nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.
İlon Maskın fevralın 23-də Almaniyada keçiriləcək federal parlament seçkiləri ərəfəsində ifrat sağçı AfD-yə dəstək çağırışı etməsi təkcə bu ölkədə deyil, Avropa İttifaqında da böyük narazılığa səbəb olmuşdu.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)





















