Avto
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: hər an aldadıla bilərsiniz - VİDEO
Avtomobillərin qiymətlərini süni şəkildə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. Ustalar hesab edirlər ki, geri çəkilmiş lilometraj təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Bəs, avtomobil alan şəxs belə hallarla üzləşməmək üçün nə etməlidir?
Publiks.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, bəzi avtomobillərin VIN kodu var, amma yoxlananda heç bir məlumat çıxmır.
Xaricdən gətirilib ölkəmizdə satılan bəzi avtomobillərdə belə problem aşkarlanır.
Ustalar deyirlər ki, bəzi işbazlar uzun müddət istifadə edilən, vuruğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər.
Belə hallara ən çox da ABŞ və Cənubi Koreya bazarından satış məqsədilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta 15-17 dollar ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın.
Avtomobil elektriki Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin keçmişi ilə bağlı məlumatlar bir çox saytlardan silinsə də, servisində qalır.
Xaliq Əliməmmədov deyir ki, xüsusi texniki müayinədən sonra bəzi avtomobillərin kilometrajının nə qədər geri çəkildiyini müəyyən etmək mümkündür.
Ustalar deyirlər ki, avtomobilin yürüş məsafəsinin böyük olması gələcəkdə texniki problemlərin ortaya çıxa biləcəyindən xəbər verir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər kilometrajı saxta yolla geri çəkməyə və maşının qiymətini artırmağa çalışırlar. Odur ki, avtomobil alarkən bu nüansların yoxlanılması vacibdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Art08:53Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Magazin206:16Gizli sevgilisi ilə sarmaş-dolaş oldular - FOTO
-
İdman05:15“Çelsi” tarixində ən bahalı transferini etdi
-
Magazin203:43Dua Lipa stadionda kürəyiaçıq libasda poza verdi - FOTO
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma













.jpg)

























