Avto
Lüks avtomobillər su qiymətinə satışa çıxarılacaq - Bu tarixdə...
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.
Publika.az bu barədə quruma istinadən xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.
Bunlar, Dövlət Ehtiyatları Agentliyinə məxsus "Nissan Maxima", "BMW 525I", "Chevrolet Niva" (4 ədəd), "Mercedes Benz E240" və "Hyundai Sonata", Mərkəzi Seçki Komissiyasına məxsus "Nissan Sunny", "Volkswagen Jetta", "Toyota Camry" və "Chrysler", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus "Chevrolet Niva" (13 ədəd), "VAZ 2106" və "QAZ-31105-801" markalı minik avtomobilləridir.
Avtomobillərin buraxılış illəri 2000-2013-cü illər, start qiyməti 1 200 - 14 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
















.webp)




















