Avto
Avropada "Tesla" elektromobillərinin satışları ÇÖKDÜ - Bu marka liderdir
Aprel ayında Avropa İttifaqında "Tesla" elektrik avtomobillərinin satışı keçən ilin eyni dövrü ilə müqayisədə 52,6% azalaraq 5475 ədədə düşüb.
Publika.az xəbər verir ki, bu, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) aylıq hesabatında əksini tapıb.
Statistikaya Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyası ölkələri - İslandiya, Norveç və İsveçrəni də əlavə etsək, satışların azalması 49% təşkil edir ki, bu da bir qədər yaxşıdır.
Bu ilin yanvar-mart aylarında "Tesla" Aİ-də satışlarında 45 faiz azalma göstərib. Bu, İlon Maskın şirkətinin problemlərinin Avropa bazarında pisləşdiyini göstərir. Bölgədə akkumulyatorla işləyən elektrik avtomobillərin (hibridlər də daxil olmaqla) ümumi satışının 26,4% artmasına baxmayaraq, "Tesla"nın Aİ-dəki bazar payı 1,3%-dən 0,6%-ə düşüb.
Avropa İttifaqında ümumi avtomobil satışları 1,3% artıb. ACEA qeyd edib ki, bu, bazarın qismən bərpasını göstərə bilər, baxmayaraq ki, qeyri-sabit qlobal iqtisadiyyat kontekstində proqnozlar qeyri-müəyyən olaraq qalır. Əsas avtomobil istehsalçıları arasında satışları 9,8% artıraraq "BMW Group" ən yaxşı nəticələri nümayiş etdirib. "Wolkswagen Group" 2%, "Renault Group" isə 1,1% artım göstərib.
Qlobal miqyasda Tesla birinci rübdə 336,7 min avtomobil satıb (analitiklər 390 min gözləyirdilər), bu da ötən illə müqayisədə 13% azdır.
Ekspertlər hesab edir ki, brendə marağın azalmasının əsas səbəblərindən biri İlon Maskın siyasi fəaliyyəti və mübahisəli açıqlamalarıdır.
Hüseyn İbadlı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
















.webp)




















