Avto
"Tesla" dəhşətli qəzaya səbəb olub: 243 milyon dollar təzminat ödəyəcək
"Tesla" şirkəti avtopilot səbəbiylə ölümlə nəticələnən qəzaya görə 243 milyon dollar təzminat ödəyəcək.
Publika.az xəbər verir ki, bu barədə "SkyNews" məlumat yayıb.
Mayami Federal Məhkəməsinin münsiflər heyəti "Tesla"nın qəzada həlak olan qadının ailəsinə 243 milyon dollar ödəməsinə qərar verib.
Qəzanın avtomobilin avtopilot sisteminin mükəmməl olmaması səbəbindən baş verdiyi müəyyən edilib. Belə ki, avtopilot sisteminin 33 faiz, sözügedən avtomobilin sürücüsü və telefonla danışdığı üçün diqqətinin dağıldığını etiraf edən Corc MakGi isə 67 faiz günahkar bilinib.
Xatırladaq ki, faciə 2019-cu ildə Florida ştatının Key Larqo şəhərində baş verib. 22 yaşlı Nabel Benavides Leon və sevgilisi Dillon Anqulo ulduzları seyr edərkən birdən onları avtopilotla hərəkət edən "Tesla"nın "Model S" elektrik avtomobili vurub.
Zərbə Nabeli 22 metr uzaqlığa atıb, onun cəsədi daha sonra meşəlik ərazidə tapılıb. Dillon Anqulo isə ciddi zədə alıb.
Vəkil Brett Şrayber məhkəmənin hökmünü belə şərh edib:
“Tesla avtopilotu yalnız magistral yollar üçün hazırlayıb, lakin bilərəkdən onun başqa yerlərdə istifadəsini məhdudlaşdırmayıb. İlon Mask isə dünyaya avtopilotun insanlardan daha yaxşı sürücü olduğunu söylədi. Ona görə də bugünkü hökm ədalətlidir”.
Amerikalı sahibkar, "Tesla"nın baş direktoru İlon Mask isə hökmü "yanlış" və "nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün geriyə addım" adlandıraraq apellyasiya şikayəti vermək niyyətini açıqlayıb.
Ləman
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər





































