Avto
756 min avtomobil geri çağırılır - Yolda alışa bilər
Avtomobil konserni "Stellantis" dünya üzrə təxminən 756 min avtomobili geri çağırıb.
Publika.az xəbər verir ki, ümumilikdə 756 916 avtomobil geri çağırılıb, onların 85 642-si Almaniyada qeydiyyatdadır. Geri çağırma kampaniyası Opel, Peugeot, Fiat, Citroen, DS, Lancia və Alfa Romeo markalarına aid modellərə şamil olunur.
Almaniyanın Federal Avtonəqliyyat Agentliyinin (KBA) açıqlamasına əsasən, bəzi avtomobillərdə yüksək təzyiqli yanacaq borusu ilə yanacaq rampası arasındakı birləşmələrin kifayət qədər bərkidilməməsi ehtimalı var. Bu nasazlıq yanacaq sızmasına, alovlanmaya və nəticədə yanğına səbəb ola bilər.
17 iyun tarixinə olan məlumata görə, bu qüsurla bağlı artıq 11 yanğın hadisəsi qeydə alınıb.
"Stellantis" bildirir ki, geri çağırılan bütün avtomobillər servis mərkəzlərində yoxlanılacaq. Avtomobil sahibləri istehsalçı tərəfindən rəsmi qaydada məlumatlandırılacaq və risklərin qarşısını almaq üçün mütləq servisə müraciət etməlidirlər.
(Milli.az)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?















.jpg)





.jpg)















