Avto
Qərar verildi, bu maşınlar BAHALAŞACAQ
Gələn ildən Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.
Publika.az xəbər verir ki, Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.
Bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Qərarın məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.
Bu qərar avtomobil bazarında ciddi qiymət dəyişikliklərinə səbəb olacaq. ƏDV güzəşti yalnız elektrik mühərrikli avtomobillərə tətbiq ediləcəyi üçün hibrid modellər bu imkandan yararlana bilməyəcək və onların qiyməti artacaq. Bu artım həm idxal zamanı ödənilən vergilərin, həm də bazar tələbinin dəyişməsi ilə əlaqədar olacaq.
Hibrid Çin maşınlarının bahalaşması fonunda benzinlə işləyən ikinci əl avtomobillərin qiymətində də artım gözlənilir.
Elektrik avtomobillərinin qiyməti demək olar ki, dəyişməyəcək. ƏDV-nin aradan qaldırılması onları daha əlverişli edəcək və bu, alıcı marağını artıracaq. Beləliklə, 2026-cı ildə elektrik avtomobillərinə tələbat artacaq, hibridlər isə əvvəlki qədər cəlbedici olmayacaq.
Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin yanvar ayının birindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunmuşdur. Məcəllədə edilən növbəti dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da əlavə dəyər vergisindən azaddır. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının, eləcə də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Müddət 2025-ci ilin sonunda başa çatır. Beləliklə, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə cəlb olunacaq. (Milli.Az)
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO

















.jpg)










.webp)










