Avto
Çinlilər səhvlərini etiraf etdi - Yeni maşınlarda bu mexanizmin istifadəsi QADAĞAN EDİLİR
Çin avtomobillərində gizli qapı dəstəklərinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydaları sərtləşdirilir.
Publika.az xəbər verir ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi avtomobillərdəki "flush" tipli (gövdəyə bitişik) qapı mexanizmlərinin qəza zamanı yaratdığı risklərlə bağlı yeni qərar qəbul edib. Bu qərara əsasən, elektrik enerjisi kəsildiyi halda belə qapıların xaricdən mexaniki şəkildə açılmasını təmin etməyən sistemlərin istehsalı qadağan olunur.
Son illərdə Çində baş verən bir neçə yol qəzası zamanı elektron qapı dəstəklərinin sıradan çıxması və sərnişinlərin yanmaqda olan avtomobillərdə daxili qapalı qalması bu addımın atılmasını zəruri edib.
Yeni standartlara görə, hər bir avtomobil istehsalçısı qəza anında qapıların avtomatik kiliddən çıxmasını və dəstəklərin əllə müdaxilə üçün əlçatan olmasını zəmanət altına almalıdır. Ekspertlər qeyd edir ki, estetik görünüş və aerodinamika sərnişin təhlükəsizliyindən daha önəmli ola bilməz. Çin rəsmiləri bildirib ki, qapı mexanizmləri həm daxildən, həm də xaricdən fiziki güclə açıla bilən ehtiyat mexaniki sistemə malik olmalıdır.
Hazırda bir çox yerli brend bu texnologiyanın dizaynında dəyişiklik etmək məcburiyyətində qalıb. Qaydalara əməl etməyən modellərin kütləvi satışı və qeydiyyatı dayandırılacaq. Çin hökuməti bu qərarla həm ölkə daxilində ölüm hallarını azaltmağı, həm də ixrac edilən elektromobillərin beynəlxalq təhlükəsizlik reytinqlərini qorumağı hədəfləyir.
Qeyd edək ki, yeni qaydalar 2026-cı ildən etibarən istehsal edilən bütün yeni nəsil nəqliyyat vasitələrinə şamil olunacaq. (Milli.az)
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi












.jpg)
.jpg)







.jpg)


.webp)












.jpg)


