Avto
Rusiyada yeni avtomobillərin qiyməti rekord həddə çatdı
Rusiyada yeni minik avtomobilinin orta çəkili qiyməti il ərzində 13% artaraq 3,5 milyon rubla çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyinin rəhbəri Sergey Selikov öz "Telegram" kanalında məlumat verib.
Agentliyin hesablamalarına görə, 2026-cı ilin yanvar ayında yeni minik avtomobilinin orta çəkili qiyməti dekabr ayı ilə müqayisədə 2,1% az olsa da, 2025-ci ilin yanvarı ilə müqayisədə 13% çoxdur. 2025-ci ilin yanvarında Rusiyada işlənmiş minik avtomobilinin orta qiyməti 1,34 milyon rubla çatıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 14% artım deməkdir. 2024-cü ilin dekabrı ilə müqayisədə isə qiymət artımı minimal olub və cəmi 0,5% təşkil edib.
Bundan əvvəl Sergey Selikov keçirdiyi sorğu nəticəsində müəyyən edib ki, Rusiyada yeni minik avtomobillərinə tələbatın azalmasının əsas səbəbi banklardakı yüksək faiz dərəcələridir. Respondentlərin 63%-i məhz bu səbəbi qeyd edib. İkinci səbəb kimi ölkədəki ümumi iqtisadi vəziyyətlə əlaqədar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi göstərilib ki, bunu sorğu iştirakçılarının 43%-i vurğulayıb. Rusiyalıların daha 25%-i hesab edir ki, tələbatın azalması dünya avtomobil brendlərinin Rusiyaya qayıtması gözləntisi ilə bağlıdır.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar













.jpg)
























