Avto
Maşın almaq istəyənlərin nəzərinə: Yeni qadağa gəlir, bundan sonra…
Gürcüstanda avtomobil idxalçıları və dilerlər Rustavi avtomobil bazarı yaxınlığında etiraz aksiyasına hazırlaşır. Belə ki, onlar hökumətin 6 ildən çox yaşı olan avtomobillərin ölkəyə idxalını qadağan etmək qərarına qarşı etiraz edəcəklər. Avtomobil İdxalçıları Assosiasiyası isə bu addımın idxalçıların ən azı 50 faizinin bazarı tərk etməsi ilə nəticələnə biləcəyini bildirir. Nəzərə alsaq ki, Azərbaycan alıcıları əsasən Rustavi bazarından Avropa, ABŞ və Yaponiya istehsalı olan avtomobillər alır, qərarın region bazarına mümkün təsiri sual doğurur.
Gürcüstandakı məhdudiyyətlər Azərbaycanda avtomobil qiymətlərinin artımına səbəb ola bilərmi?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb. O deyib ki, Gürcüstan hökumətinin bu qərarı onların daxili siyasətinin tərkib hissəsidir:
“Burada əsas məqsəd avtomobil parkının yenilənməsi, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Gürcüstan avtomobil bazarının ölkəmizə təsiri artıq əvvəlki illərlə müqayisədə xeyli azalıb. Son dövrdə Gürcüstandan idxal olunan, həm köhnə, həm də yeni avtomobillərin sayında ciddi azalma müşahidə olunur. Bu da onu göstərir ki, azərbaycanlı dilerlər və sahibkarlar alternativ tədarük marşrutları formalaşdırıblar. Gürcüstanda sözügedən qərar nəticəsində yaşı 6-10 il aralığında olan nəqliyyat vasitələrinin bazarının həcmi azalacaq”.
Ekspert bildirib ki, bu vəziyyət həmin kateqoriyadan olan avtomobillərin Azərbaycana idxalının da azalmasına səbəb ola bilər:
“Belə vəziyyətdə sahibkarlar və vətəndaşlar digər ölkələrə yönəlmək məcburiyyətində qalacaqlar. Eyni zamanda Gürcüstanda avtomobil satışı edən şirkətlər və fiziki şəxslər indiyədək yaşı 6 ildən çox olan avtomobilləri müxtəlif ölkələrə, o cümlədən Azərbaycana ixrac edirdilər. Yeni məhdudiyyətlərdən sonra onların anbarlarında bu kateqoriyaya aid avtomobillərin qalması və satış imkanlarının məhdudlaşması ehtimalı artır”.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar













.jpg)
























