Avto
Leysanda yoxa çıxan nömrələr: nə etmək lazımdır? - Video
Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir.
Publika.az Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi sürücülər itmiş nömrələrinin tapılması üçün elanlar verir, bəziləri isə aidiyyəti qurumlara üz tutmağa məcbur olurlar. Mövcud qaydalara əsasən, dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi qeyri-mümkündür.
Nəqliyyat vasitəsinin sahibi nömrənin oğurlanması, yaxud itməsi faktına aydınlıq gətirmək üçün ərazi polis orqanına müraciət etməlidir. "Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinə əsasən, itmiş və ya oğurlanmış nömrə tapıldıqda, o ilk olaraq sonuncu sahibinə təklif edilir.
Lakin nömrə tapılmadıqda sürücünü uzun və yorucu prosedur gözləyir. Bu halda avtomobil üçün tamamilə yeni qeydiyyat nişanı alınmalı, həmçinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasport) dəyişdirilməlidir.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar















.jpg)





















