Avto
Dizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO
Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi.
Publika.az xəbər verir ki, hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır.
Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?
Baku TV-nin süjetində qeyd olunur ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün ölkəyə dizel mühərrikli avtomobillərin idxalına hər hansı bir məhdudiyyət qoyulmayacaq: "Baxmayaraq ki, biz avtomobil seqmentində Avropa spesifikasiyasına aidik, amma Avropa İttifaqının üzvü deyilik və bizim ölkəmizdə, təbii ki, dizel mühərrikli avtomobillərin idxalı zamanı hər hansı bir məhdudiyyət olmayacaq".
Bu gün ölkəmizə gətirilən hibrid, "plug-in" hibrid, benzin və dizel avtomobillərinin gömrük rüsumları arasında heç bir fərq yoxdur. Ancaq sözsüz ki, benzin, ələlxüsus da dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. Bu mənada sözügedən avtomobillərin gömrük rüsumunda dəyişikliyin edilməsi mümkündürmü?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, gələcəkdə dizel yanacaq növü ilə çalışan avtomobillərə hər hansı məhdudiyyətin qoyulması gözlənilmir. Çünki Azərbaycanda bir çox idarələrin, müəssisələrin balansında olan avtomobillər məhz dizel mühərrikli maşınlardır: "Xüsusən də yükdaşımada istifadə olunan iritonnajlı avtomobillər bu tip maşınlar sırasında olduğu üçün bizdə gələcəkdə buna hansısa bir məhdudiyyətin qoyulmasına inanmıram".
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar















.jpg)





















