Avto
Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
Avropanın həqiqətən əlçatan şəhər avtomobillərindən biri artıq 2030-cu ilə qədər yoxa çıxa bilər.
Publika.az xəbər verir ki, bu barədə "Kia" şirkətindən "Autocar" nəşrinə məlumat verilib.
Bildirilib ki, elektromobillərin icbari satışı ilə bağlı Britaniya qaydaları yumşaldılmasa, kompakt "Kia Picanto" modeli təhlükə altına düşəcək. Çünki Böyük Britaniya Cənubi Koreya avtoistehsalçısı üçün əsas bazarlardan biridir.
Söhbət istehsalçılardan hər il satışlarda elektromobillərin payını artırmağı tələb edən kvota sistemindən gedir. 2026-cı ildə Böyük Britaniyada elektromobillər hər bir brendin satışının ən azı 33 faizini təşkil etməli, 2030-cu ilə qədər isə yeni benzinli avtomobillərin satışı qadağan olunmalıdır.
"Kia" üçün "Picanto" strateji əhəmiyyətli model olaraq qalır. Bu, bazarda mövcud olan son dərəcə çevik və nisbətən münasib qiymətli kompakt avtomobillərdən biridir. Lakin bu cür maşınlardan əldə edilən mənfəət azdır və ekoloji tələblərin sərtləşməsi onların istehsalını getdikcə daha az gəlirli edir.
Şirkətdən xəbərdarlıq edilər ki, tənzimləmələrdə dəyişiklik edilməsə, onilliyin sonunda "Picanto" modelinin istehsalı dayandırıla bilər. Eyni zamanda "Kia", kompakt şəhər avtomobili formatını qoruyub saxlayan, lakin artıq elektrik platformasında olan şərti "Kia EV1" şəklində elektrikli xələf yaratmaq imkanlarını araşdırır.
"Əgər Picanto" həqiqətən bazardan çıxsa, bu, elektromobillərə keçidin ənənəvi əlçatan kiçik avtomobilləri tədricən sıradan çıxarmasının növbəti sübutu olacaq.
Hüseyn İbadlı
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı




































.jpg)

