Avto
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - Video
Hər həftəsonu avtomobil bazarında müəyyən canlanma müşahidə olunsa da, son aylarda bazarda nəzərəçarpacaq durğunluq hökm sürür.
Satıcıların sözlərinə görə, bunun əsas səbəbi alıcıların elektrik mühərrikli avtomobillərə üstünlük verməsidir.
Publika.az xəbər verir ki, Baku TV məsələni araşdırmaq üçün paytaxtdakı avtomobil bazarlarından birində olub. Bazarda aparılan müşahidələr və satıcılarla söhbətlər zamanı bildirilib ki, hazırda təklif çox, alıcı isə azdır.
Bəzi satıcılar avtomobillərini artıq bir neçə həftədir bazara çıxarsalar da, hələ də sata bilmədiklərini deyirlər. Xüsusilə, irimühərrikli benzinlə işləyən avtomobillərə maraq kəskin azalıb.
Alıcılar daha çox qiyməti 13-15 min manat arasında olan, kiçik və ortamühərrikli avtomobillərə üstünlük verirlər. Lakin bu qiymət aralığında seçim imkanları məhduddur.
Satıcıların sözlərinə görə, paytaxtdakı tıxaclar və yanacaq xərclərinin yüksək olması sürücüləri daha qənaətcil, xüsusilə, elektrik mühərrikli avtomobillərə yönəldir.
Bazara gələn alıcıların əksəriyyətini isə bölgələrdən gələn vətəndaşlar təşkil edir. Nəticədə, avtomobil bazarında müşahidə olunan durğunluq bu həftə də davam edir.
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq




































