Avto
"Ferrari" tarixində rekord: İlk elektrikli model görün neçəyə satıldı
"Ferrari"nin ilk tam elektrikli avtomobili olan "Luce" ABŞ-ın Kaliforniya ştatında keçirilən xeyriyyə hərracında heyrət doğuran məbləğə - 40 milyon dollara (68 milyon manat) satılıb.
Publika.az xəbər verir ki, şassi nömrəsi “0” olan avtomobil hərracda satılan ən bahalı yeni avtomobil kimi rekorda imza atıb. Bundan əvvəlki rekord 26 milyon dollar (44 milyon 200 min manat) olub.
Lakin satışa çıxarılan avtomobil adi seriya "Luce" modeli deyil. "Ferrari"nin "Tailor Made" bölməsi tərəfindən xüsusi olaraq hazırlanmış ilk nümunədir. Hərrac evi avtomobilin ilkin dəyərini 1,1 milyon dollardan (1 milyon 870 min manat) çox qiymətləndirsə də, yekun satış qiyməti bu rəqəmi təxminən 40 dəfə üstələyib.
Satışdan əldə olunan vəsaitin tamamı "Ferrari" fondu vasitəsilə təhsil layihələrinə yönəldiləcək.
Avtomobili ABŞ-lı milyarder və uzun illərdir "Ferrari" kolleksiyası toplayan Herbert Vertxaym alıb.
Bununla belə, "Luce" avtomobil hərraclarında mütləq qiymət rekordunu qıra bilməyib. 2022-ci ildə 1955-ci il istehsalı "Mercedes-Benz 300 SLR Uhlenhaut Coupé" tam 135 milyon avroya (265 milyon 896 min manat) satılmışdı.
Adəm
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq




































