Avto
Bahalı avtomobillər niyə qəfildən yanır? - Video
Bahalı avtomobil bir neçə dəqiqə ərzində alovlanıb.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı görüntülər gecə paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.
Amerika istehsalı olan "Pikap" tipli avtomobildə qəfildən yanğın olub.
Görüntülər sosial şəbəkələrdə yayldıqdan sonra istifadəçilər riskin qəzadan sonra bərpa olunmuş avtomobillərlə bağlı olduğunu düşünürlər. Sosial şəbəkələrdə hadisənin səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, yanğının konkret nədən baş verdiyi hələlik məlum deyil.
Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, qəzalı vəziyyətdə istənilən ölkədən nəqliyyat vasitəsi idxal edilir. Amma burada sonradan təmir zamanı yol verilən səhvlərə görə bu hadisələr olur. Mütəxəssisin diqqət çəkdiyi əsas məqamlardan biri elektrik sisteminə müdaxilə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasıdır.
Usta deyir ki, qəzadan sonra avtomobil təmir edilərkən naqillərin üzəri və mühərrikdə bəzi detalların üstü yaxşı izoliasiya edilməlidir. Naqillərin kəsiyinə və elektrik yükünə uyğun olmayan birləşmələr, keyfiyyətsiz ehtiyat hissələri, eləcə də qoruyucu sistemlərdəki nasazlıqlar qızmaya və qısaqapanmaya səbəb ola bilər.
Usta məsləhət görür ki, xüsusilə qəza keçirmiş avtomobillər təmir edilərkən elektrik sisteminin hərtərəfli yoxlanılması vacibdir.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto














.jpg)

_28385.jpg)

















.jpg)
