Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO/VİDEO

Almaniyanın Münhen şəhəri yaxınlığında satıcısız fəaliyyət göstərən ticarət köşkləri mövcuddur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, köşklərdən birində tərəvəz, digərində isə çiçəklər satışa çıxarılıb.

Köşklərdə tərəvəzin qiyməti xüsusi lövhəyə vurulub. Alıcılar onun vasitəsilə məhsulların qiyməti ilə tanış ola bilirlər.

Lakin qeyd etdiyimiz kimi məhsulların satışına kimsə nəzarət etmir. Belə ki, malların yanında alıcıların aldıqları məhsullara görə pul ödəmələri üçün xüsusi kassalar da qoyulub. Köşklərdən məhsul alan hər kəs pulu kassaya ödəyə bilər.

Köşklərlə bağlı ikinci maraqlı məqam bundan ibarətdir ki, kassa aparatları alıcıların ödədiyi artıq pulun qalığını da qaytarır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm