Maraq dünyası
Özü öz yarasını müalicə edən oranqutan - İLK MÜŞAHİDƏ
Almaniyanın “Maks Plank” Heyvan Davranışı İnstitutu və İndoneziyadakı “Universitas Nasional” alimləri ilk dəfə bir oranqutanın yarasını sağaltmaq üçün dərman bitkisindən istifadə etdiyini qeyd ediblər.
Publika.az xəbər verir ki, “Maks Plank” Heyvan Davranışı İnstitutunun press-relizinə görə, elm adamları 1994-cü ildən bəri İndoneziyanın Cənubi Açe bölgəsindəki “Gunung Leuser” Milli Parkında müşahidə aparıblar. Onlar Rakus adlı bir “Sumatra” oranqutanının Cənubi Asiyada insanlar tərəfindən ağrı və iltihab əleyhinə müalicə üçün istifadə edilən yarpaqları yığıb çeynədiyini müşahidə ediblər.
Tədqiqatçılar Rakusun sağ yanağındakı yaraya barmaqları ilə bitki ekstraktları sürtdüyünü, daha sonra çeynənmiş bitkini sarğı kimi istifadə etdiyini və yaranın sağaldığını müşahidə ediblər. Tədqiqatçılardan biri olan bioloq İzabelle Laumer deyib ki, biz ilk dəfədir ki, vəhşi heyvanın çox güclü dərman bitkisini birbaşa yarasına tətbiq etdiyini müşahidə edirik.
Araşdırma “Scientific Reports” jurnalında dərc olunub.
Roza Şəfiyeva
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı












.jpg)

























