Maraq dünyası
Milad üçün MÜHARİBƏ? - Yolkalar və Santa-Klauslara hücumlar başlayıb - - VİDEO/FOTO
Atəşlərlə parıldayan yeni il öncəsi Avropada həmişə inanılmaz mənzərələrə rast gəlinib. Dekabr ayında bura bütün dünyadan səyahətçilər yığışırlar. Amma son illərdə ənənəvi bayramlar multikulturalizm siyasəti ilə ziddiyyət təşkil edir. Xristian Miladının atributları — küknarlar, Santa-Klaus və hətta səmimi təbriklər tez-tez hücumlara məruz qalır.
Qeyri-leqal İsanın anası
Bu günlərdə məhkəmə ictimai yerlərdə dini rəmzlərin nümayişi üzrə ümummilli qadağanı pozan Publie şəhər rəhbərliyini Müqəddəs Məryəm heykəlini şəhər meydanından götürməyə məcbur edib.
Mer Qaston Lakrua gələcək təntənənin əsas səbəbkarlarından birini şəhər meydanından götürməyə göstəriş verdi. Çünki məhkəmənin qərarının şəhər hakimiyyəti tərəfindən yerinə yetirilməməsinin gündəlik cəriməsi yüz avrodur. Amma məmur söz verib ki, heykəl üçün qadağa altına düşməyən torpaqda hökmən yer tapacaq.
Yolkaya qarşı müharibə və alternativlər
Qərb dünyasında qış bayramlarının əsas simvolu olan yolka Avropada hamıdan daha çox əziyyət çəkir. 2016-cı il yanvarın 1-də Belçikanın paytaxtı Brüsseldə Klemanso metro stansiyası ərazisində qurulmuş yolka dələduzlar tərəfindən “Allahu Əkbər” qışqırıqları ilə yandırdılar.
Belçika paytaxtında 2015-ci il yanvarın 1-nə olan məlumatlara görə, əhalinin dörddə biri islam dininə etiqad edir. Küknarın işləri, yumşaq dillə desək, 2012-ci ildən yaxşı getmir. Məhz həmin vaxt şəhərin əsas meydanı olan Qran-Plasda qurulan ağacı ilk dəfə poladdan 25 metrlik avanqard heykəllə əvəz etdilər. Xaçpərəstləri incitməmək üçün heykəli yolkaya bənzətdilər.
“Dözümlü” yolkanın quraşdırılması ilə yanaşı, Brüsseldə 2012-ci ildə həmçinin “Milad yarmarkaları” adını “Qış həzləri” ilə dəyişdirməyə qərar verdilər. İddia edilir ki, bu qərar şəhərə daha çox turist cəlb etməyə kömək edib.
Böyük Britaniyada ilk dəfə mədəniyyətlərin toqquşmasına imkan vermədən Milad və ya Yeni il arzularının əvəzində “Mövsümi bayram” münasibətilə təbrik etməyi təklif etdilər. Eyni zamanda, bütün tədbirlər və yarmarkaları “Qış sevincləri” adlandırmağı məsləhət gördülər. Hələ 1998-ci ildə Birmingem şəhərinin şəhər soveti müvafiq təklifi səsləndirmişdi.
Budur, artıq Santa-Klausa on il əvvəl ilk dəfə Avstriya və Almaniyada qapını göstəriblər. Qırmızı kürkdə ağsaqqal babanın təsvirləri 2006-cı ildən rəsmən bu ölkələrin Milad yarmarkalarında qadağan edilib.
Evdən çıxmayın!
Şəhər sakinlərini isə Türkiyədən gələn çoxsaylı gəlmələrin hislərini təhqir etməmək üçün 2013-cü ildə ictimai yerlərdə Milad gəzintilərindən çəkinməyi xahiş etdilər. Bayramı evdə, ailə ilə birgə keçirməyi məsləhət gördülər.
Yeni ili qaytarın
Amma hamı Milad bayramı və onun simvolları ilə bu cür ayrılmağa hazır deyil. 2012-ci ildə Daminarkanın Kokkedal şəhərciyinin sakinləri Miladın və Yeni il bayramın keçirilməsinin qadağan edilməsini tələb etmiş yerli müsəlmanlara qarşı əsl səlib yürüşünə başladılar. Yerli sakinlərin əksəriyyəti – 60 faizi qadağaya qarşı çıxmasalar da, qalanları əksəriyyətin qərarına tabe olmaqdan boyun qaçırdılar və Milad təntənələrindən imtinanı Danimarka ənənələrinə hörmətsizlik adlandırdılar.
Uşaqlar isə əvvəlki kimi yenə də yolkanı müdafiə edirlər. Danimarka mətbuatı isə iki mədəniyyətin qarşıdurmasını “Milad üçün müharibə” adlandırıb.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ