Maraq dünyası
Sovetin Bakıya verdiyi MODERN BİNALAR – FOTO/VİDEO
Litvanın kurort şəhəri Palanqadakı kafedən Zelenoqrad planına qədər SSRİ-də modernizmin 12 ən böyük layihəsi mövcud olub.
Publika.az xəbər verir ki, “facebook”da "Sovet modernizmi" səhifəsinin yaradıcısı Yuri Qroşev Moskvadan kənarda SSRİ-dəki modern tikililər barədə məlumat verib. Onlar arasında Bakıda inşa edilmiş bəzi binalar da var.
SSRİ-də Stalindən sonrakı memarlıq abidələri natamam hesab edilirdi, baxmayaraq ki, qərbdə onlara maraq böyük idi. Bu tikililərlə bağlı sonuncu məlumat Vyanada “Sovet modernizmi 1955-1991. Bilinməyən hekayələr” adlı 2012-ci ildə keçirilən sərgidən əldə etmək olar.

Biz hər gün həmin binaların yanından keçib, istifadə etsək də, onların fərqində deyilik. Əksinə başqa ölkələrdəki binalara heyranlıq duyuruq. Amma təəssüf ki, indiyə qədər bu miras haqqında məlumatımız çox azdır. Hətta onları yaradanların Şulqin başda olmaqla soyadları belə unudulub.
1960-cı illərdə dünya memarlığında avanqard stil dəbdə idi. Fransasız memar Korbuzyenin 1920-30-cu illərdə işlədiyi üslub geri dönmüşdü. SSRİ plan iqtisadiyyatında geri qaldığı bu dövrdə modernizm üslubu diqqət mərkəzinə keçmişdi. Həmin dövrdə yay kafeləri, rəqs meydançaları, avtobus dayanacaqları, hətta vertolyot stansiyaları tikilməyə başladı. Bakıda da 1962-ci ildə Bakı dənizkənarı bulvarında Əli Güləhmədovun layihəsi əsasında “Vertolyot” stansiyası tikildi.
Bakı şəhəri dəniz kənarı bulvarda "Mirvari" restoranı

1962-ci ildə tikilən bu obyektin memarları V.Şulqin və R.Şarifovdur. Tikintinin simvolik formasına oxşar obyektlər Bişkek və Meksikada var. Bunu ilk yaradan İspan memar və mühəndis Felix Candeladır. Əlbəttə, ideyadan başqaları da bəhrələnib. Şulqin Bakı restoranının nazik divarlı mürəkkəb konfiqurasiyasını dəmir-betondan istifadə etməklə hazırlayıb.
Bakıda "Turist" mehmanxanası

1974-cü ildə tikilən bu mehmanxananın memarları V.Şulqin və E.Melxisedekov, konsturktorları isə K.Kərimov və Q.Şamilovdur. Sovet vaxtına bu bina Korbyuze adına fransız mükafatını alıb. Fasad bir tərəfdən açılmış, digər tərəfdən dekorativ kölgə barmaqlıqları ilə əhatə edilmişdi. Həyətdə keramika bardaqlar və mozaika ilə maraqlı fəvvarə yerləşirdi. Burada beynəlmiləl modernizmlə yanaşı milli ornamentləri də görmək olardı. Bina seysmik baxımdan aktiv ərazidə tikilmişdi. 2004-cü ildə mehmanxana ləğv edildi, birinci mərtəbəyə qədər söküldü. Lakin tam dağıdılmadı, indi onun yerində avtomobil dayanacağı var.
Gülxar
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı


































.jpg)



