Bir qutu tomat, sosiskalı spaget əkin və ...
Bizi izləyin

Maraq dünyası

Bir qutu tomat, sosiskalı spaget əkin və ...

İllərdir yaddaşlarda qalan hadisə BBC tarixində gülüş gününü daha xüsusiləşdirib.

Gülüş ömrü uzadır. Sevginin, gülüşün, sevincin günü yoxdur. Alimlər deyir ki, bir insan gün ərzində nə qədər çox gülərsə, bir o qədər sinir sistemi qaydasında olar. Ətrafınızda baş verən hadisələrə müsbət prizmadan yanaşın. Bu, sizə axtardığınız sağlam və uzun ömrün sirlərindən ən birincisidir.

Publika.az ümumdünya gülüş günündə mətbuatda edilən maraqlı zarafatları təqdim edir:

Mətbuatda da 1 apreli maraqlı edən əməkdaşlar tapılıb. 1957-ci ildə BBC-nin xəbər proqramılarından birində “Panorama”-da havaların isti keçməsi səbəbi ilə ağaclarda makaron yetişməyə başlayıb. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub. İllərdir yaddaşlarda qalan hadisə BBC tarixində gülüş gününü daha xüsusiləşdirib.

1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.

1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb. Bu zarafatı edən insanın həm yumor hissi güclüdür, həmdə biznes sahəsində peşəkardır.

1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib.

Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib. İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.

Aprel ayının 1-i Ümumdunya ölkələrində Beynəlxalq gülüş günü kimi qeyd olunsa da, Ermənistanda "sükut günü" olaraq keçdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm