Özünə dəbdəbəli ad günü keçirən SULTANIN DODAQ UÇUQLADAN VARİDATI
Bizi izləyin

Maraq dünyası

Özünə dəbdəbəli ad günü keçirən SULTANIN DODAQ UÇUQLADAN VARİDATI

40 milyard sərvəti, 7 təyyarəsi, 7000 avtomobili olan Bruney kralından söhbət açmazdan öncə Bruney haqqında kiçik məlumatları bilmək təəcübünüzə bir az da təəccüb qatacaq.

Cənub-şərqi Asiyada yerləşən Bruney yarımadası həm də Cənubi Çin Dənizi sahilləri ilə əhatə olunub. Yalnız Malayziya ilə quru sərhədinə malik olan bu ölkənin ərazisi 5.8 min kv.km-dir.

Buna baxmayaraq, Bruney Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi hesab edilir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Məhz bu təbii sərvət sayəsində də ölkənin sultanı Hassanal Bolkiah dünyanın ən zəngin insanları sırasında yer alıb.

Bu il 50-ci yaşını qeyd edən sultanın yubiley tədbirləri 1 ay ərzində davam edəcək. “1 ay doğum günü olarmı” sualını verməyə tələsməyin. Sultan Hassanal Bolkiahın nələri yoxdur ki, 1 ay doğum günü də olmasın?

Publika.az Bruney sultanının sərvətinin dünyaya məlum olan hissəsini təqdim edir.

40 milyard dollar,

Qızıl örtüklü “Boenig 747” təyyarəsi,

Daha 6 kiçik təyyarə

“Nə olar-nə olmaz” deyə hər an hazır gözləyən 2 helikopter,

1188 otaqlı qızıl saray,

Tamamilə qızıldan hazırlanan 1 avtomobil, üstəgəl 1574 “Mercedes”, 604 “Rolls Royce”, 452 “Ferrari”, 209 “BMW”, 179 “Bentli”, 21 “Lamborghini”, 134 “Koenigseggs”, 11 “Aston Martin” modelləri və daha nələr...

Bütün bu gözqamaşdıran sərvətin fonunda Bruney xalqının da yaşamı maraq doğurur. Lakin qeyd edək ki, Bruney xalqının gündəlik həyat tərzi heç də sultanlarından geri qalmır. 400 000 nəfər nüfuza malik olan ölkədə xidmət və inşaat sektorunda yalnız qonşu kasıb ölkələrdən gələn insanlar işləyir. Ölkədə dünyanın bütün marka və brendlərinin filialları mövcuddur. Zəhmət tələb edən işlərdə əllərini ağdan-qaraya vurmayan yerli əhali varlı ərəb ölkələri ilə eyni həyat tərzini bölüşür.

Zümrüd

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm