Maraq dünyası
2,5 milyon dollara saat satılır - HƏRRAC
İsveçrədə 18 karatlıq ağ qızıldan yeganə nüsxədə hazırlanan “Rolex Cosmograph Daytona” saatı 2,5 milyon dollara “Bacs & Russo” hərracına çıxarılıb.
1970-ci ildə alman satıcı tərəfindən varlı müştəri üçün sifariş edilən unikal saatın satışı mayın 12-də Cenevrədə baş tutacaq. Saat xeyriyyəçilik məqsədi ilə hərraca qoyulub. Onun satışından əldə olunan bütün vəsait köməksiz və diqqətdən kənar qalan uşaqlara və onların ailələrinə yardım edən “Children Action” təşkilatının fonduna köçürüləcək.
“The Unicorn” adlandırılan nadir əşya mütəxəssis Con Qoldberq tərəfindən səkkiz il əvvəl kolleksiyaların birində aşkarlanıb. Bu tapıntı həmin saatı tarix üçün itirilmiş hesab edən ekspertləri heyrətə gətirib.
Qeyd edək ki, bu ilin yanvarında nadir qənimət saat - “Rolex Panerai 3646” “Fellows” satış evinin Birminhem şəhərində keçirilən hərracında 52 min funt-sterlinqə satılmışdı. Britaniyalı çavuş onu Niderlandda körpünü partlatmağa cəhd edən alman dalğıcının qolundan açmışdı. Belə xronometrlər 1940-cı illərdə hazırlanırdı. Əvvəlcə bu saatlar İtaliyanın Hərbi Dəniz Qüvvələrinin zabitlərinə verilib, sonradan italyanlar onları almaniyalı təxribatçı-həmkarlarına bağışlayıblar. (Azərtac)
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?